banner
banner

Sosİal

Azərbaycanlı tələbə silinməyən boya yaratdı

Azərbaycanlı tələbə silinməyən boya yaratdı
Türkiyədə təhsil alan 17 yaşlı azərbaycanlı Cavid Bayramlı və türkiyəli Kerem Acar kimya sahəsində yeniliyə imza atıblar.
 
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, onlar silinməyən yol boyası yaradıblar. "Fen Bilimleri Temel Lisesi”ndə təhsil alan gənclərin beyninə bu fikir bir gün qarşılaşdıqları yol qəzasından sonra gəlib.
 
Onlar bu qəzanın silinən yol boyasına görə baş verdiyini görüblər. Bu hadisədən sonra "Robust Dye” adını verdikləri verdikləri boyanı nanotexnologiya ilə istehsal ediblər. İlk boya istehsalına 2016-cı ildə başlayıblar və bir il müddətində məhsul tam olaraq hazırlanıb.
 
Boyanın istifadəsi təkcə asfalt yolları üçün deyil. Ondan təsərrüfat və heyvandarlıq sahəsində də istifadə etmək mümkündür. Bundan başqa, "Robust Dye” zərbəyə, günəşə və yağışa davamlıdır.
 
İstanbul Böyükşəhər Bələdiyyəsi gənclərə dəstək olmaq üçün hazırda istifadə olunan boya ilə "Robust Dye”ı müqayisə edib və əldə olunan nəticədə məlum olub ki, "Robust Dye” üç və altı ay ərzində silinən yol boyalarının ömrünü iki il və daha artıq uzadır.
 
TRT-də yayımlanan "Bir Fikrin mi Var?” yarışmasında beş "hə” cavabı alan "Robust Dye” yarımfinala qədər çıxıb.
 
Tələbələr bildirib ki, ixtiralarını yaxın 10 il ərzində bütün Türkiyənin asfalt yollarında görmək istəyirlər: "10 il sonra Türkiyənin bütüna sfalt yollarına, havalimanlarında, quru və su nəqliyyatında fəaliyyətə keçirib satışa çıxarmaq istəyirik. O cümlədən, "Robust Dye”ın satış mərkəzini Sitlda qurmağı planlaşdırırıq”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.