banner
banner

Gündəm

Dünya Kuboku Azərbaycan prezidentinə təqdim edildi

Dünya Kuboku Azərbaycan prezidentinə təqdim edildi

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.

Kubok Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunub.

Kubok futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.

Görüşdə çıxış edən K. Karambo bildirib ki, Azərbaycanda olmaq onun üçün həqiqətən də şərəfdir: “Sizin gözəl şəhəriniz var. Sizin həmişə idmana dəstək verdiyinizi bilirəm və buna görə Sizə minnətdarıq. Bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür edirik. Cənab prezident, bu Kubok Sizə təqdim olunur, siz buna layiqsiniz”.

İ. Əliyev isə bunları deyib: “Çox sağ olun. Mən FIFA-ya, şəxsən sizə, sizin həmkarlarınıza bu tarixi Kuboku Azərbaycan xalqına, azərbaycanlı azarkeşlərə təqdim etmək məqsədilə Bakıya gəlişiniz üçün minnətdaram. Biz Azərbaycanın və Bakının turnenin keçirildiyi ölkə və şəhərlərdən biri kimi seçilməsindən qürur duyuruq. Bu, bizim üçün həqiqətən də böyük şərəfdir. Bu gün bu, böyük bir hadisə olacaq və mən əminəm ki, azarkeşlər bu Kuboka baxmaqdan çox məmnun olacaqlar. Mən sizin icazənizlə bu kuboka toxundum. Mən bilirəm ki, Kuboka yalnız çempionlar və dövlət başçıları toxuna bilərlər. Əminəm ki, tariximizdə ilk dəfə qeyd etdiyimiz bu əlamətdar hadisə futbolumuzda, oyunçularımızda daha da böyük həvəs oyadacaq, dünyada bu ən məşhur idman növünün Azərbaycanda inkişafına kömək edəcək. Biz futbolun, idmanın inkişafına kömək etməyə çalışırıq. Azərbaycanın idman sahəsində yaxşı nəticələri var. Keçmiş Rio Olimpiya Oyunlarında Azərbaycan yığması ümumi medal sayına görə dünyada 14-cü yeri tutmuşdur. Biz iki mötəbər beynəlxalq idman yarışına - Avropa Oyunlarına və İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişik və bu oyunlarda komandamız medal sayına görə müvafiq olaraq ikinci və birinci yerləri tutmuşdur. Biz Bakıda futbol üzrə Avroliqanın finalına və futbol üzrə Avropa çempionatının dörddəbir finalına və bir neçə qrup oyunlarına ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Biz artıq mötəbər beynəlxalq, Avropa idman və futbol yarışlarına ev sahibliyi edəcək dünya ölkələrinin birinə çevrilirik. Əlbəttə ki, bunu biz dostluq və FIFA-ya hörmət əlaməti hesab edirik. Sizdən bizim qonağımız olmuş FIFA-nın prezidenti cənab İnfantinoya salamlarımı çatdırmağı xahiş edirəm. Biz hamımız bu tarixi günü xatırlayacağıq”.

Sonra FIFA prezidenti Canni İnfantinonun ənənəsinə uyğun olaraq FIFA-nın rəsmi nümayəndəsi xatirə hədiyyəsini prezident İlham Əliyevə təqdim edib.

 

AFFA-nın baş katibi Elxan Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, futbol üzrə dünya çempionatının Kuboku xüsusi təyyarədə yeniyetmə azərbaycanlı futbolçuların müşayiəti ilə Bakıya gətirilib. Hətta uşaqlar təyyarədə Kristian Karambo ilə topla oynayıblar. Dünya çempionatının kuboku yerli azarkeşlərin görməsi üçün “Gənclik Mall”da nümayiş etdirilir.

 

***

 

15:00

 

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.

 

APA-nın məlumatına görə, bu gün Kubok Azərbaycan prezidentinə təqdim olunub.

 

Kubok futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.