Hindistan ordusu “Caişi-Məhəmməd” terror qruplaşmasının üç yaraqlısını məhv edib.
Trend-in verdiyi xəbərə görə, bu barədə Hindistan ordusunun yaydığı məlumatda deyilir.
Terrorçuların Cammu və Kəşmir ştatındaki hərbçilərin və onların ailə üzvlərinin yaşadığı düşərgəyə hücum etdiyi bildirilir.
Yerli KİV-lərin məlumatına əsasən, insident nəticəsində iki nəfər düşərgə sakini həlak olub, 9 nəfər xəsarət alıb.
Digər terrorçuların axtarışı üzrə əməliyyat davam edir.


