İlk bölümdən gözlənilən nəticəni əldə etməyən “Siyah beyaz aşk” serialındakı xətalar izləyicilərin diqqətindən yayınmayıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Aslını canlandıran aktrisa Birce Akalayın həm Fərhada sarğı elədiyi, həm də telefonda danışdığı səhnədəki xəta tamaşaçıların gülüş hədəfinə çevrilib.
Belə ki, sarğı elədiyi vaxt telefon Bircenin sol qulağında olur, lakin bir sonrakı səhnədə sağ qulağında görünür.
Serialda daha bir səhv Aslının başına silah tutulan səhnədir. Əvvəlcə avtomobildə olan oturacaqlarda başlıq hissə olmasa da, silah tutulan vaxt başlıq hissələrin olduğu aydın görünür.
Ekran işinin bir səhnəsində isə kamera efirdə görünüb.
Qeyd edək ki, “Siyah beyaz aşk”ın baş rol ifaçıları aktrisa Birce Akalayla aktyor İbrahim Çelikkoldur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.