Türkiyədə yaşayan almaniyalı aparıcı Asuman Krause alış-veriş mərkəzində görüntülənib.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, tanınmamaq üçün əsgər gödəkcəsi geyinib, başına papaq taxan Krause müxbirlərin şəxsi həyatı ilə bağlı suallarını cavablandırıb:
"Heç bir dəyişiklik yoxdur. Hələ də subayam. Bütün rəfiqələrim ərə getdilər, amma mən yox. Yəqin, evdə qaldım”.
Uzun müddətdir ekranlarda görünməyən aparıcı ona təklif olunan layihələri bəyənmədiyini deyib:
“Yaxşı layihə olsa, əlbəttə ki, qəbul edərəm. Amma hələ belə təklif gəlməyib”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.