Böyük Britaniyadakı McDonald’s restoranlar şəbəkəsi yeni Signature burqerlərin satışa çıxarılmasından sonra məsuliyyətsizlikdə suçlanıb. Onlar digər sendviçləri tərkiblərindəki yağın miqdarının çoxluğu ilə qabaqlayıblar.
Klassik burger kolleksiyasında 698 kalori olur. Barbeküdə isə bunun miqdarı 732-dir. Müqayisə üçün deyək ki, populyar Big Mac-in energetik dəyəri cəmi 508 kaloridir. Bundan başqa, yeni buraxılışdan olan BBQ hamburgerinin tərkibində isə 44 qram yağ var ki, bu da Big Mac-dan(25 qram) təxminən 2 dəfə artıqdır.
Ekspertlər McDonald’s şəbəkəsini yeni burgerlərin adını idmanla bağladığı üçün tənqid edir. Onlar qeyd ediblər ki, böyük adamın əsas yeməyinin kalorisi 600 kaloridən çox olmamalıdır. Kampaniya isə öz növbəsində qeyd xatırladıb ki, yeni məhsullarının tərkibi ilə bağlı hər zaman şəffaf informasiyalar yaymağın tərəfdarı olublar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.