banner
banner

Sosİal

Şahdağa 53 sm qar yağıb

Şahdağa 53 sm qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində fevralın 18-dən 19-u səhərədək hava şəraiti qeyri-sabit olub, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-32, Lənkəran-Astara zonasında 7-31, Qazax-Gəncə zonasında 8-25, Böyük Qafqazda 4-36, Mərkəzi-Aran rayonlarında 17-29, Kiçik Qafqazda 15-22, Naxçıvan MR-da 7-21 mm olub.

 

Qar örtüyünün hündürlüyü Şahdağda 53, Daşkəsəndə 21, Gədəbəydə 20, Baş Daşağıl HM-da (Şəki) 17, Altıağacda 16, Göygöldə 15, Kişçayda 14, Rvarudda 12, Lerikdə 11, Kürmükçay-İlisu HM (Qaxbaş), Yardımlıda 10, İsmayıllı, Sarıbaşda 8, Kəlvəzdə 6, Şamaxıda 5, Ağdərədə 4, Şahbuz, Şəmkir, Qəbələdə 3, Şərur, Gəncədə 2, Şəki, Mərəzə, Qusarda 1, Qubanın dağlıq ərazilərində: Xınalıqda 43, Qırızda 40, Ləzədə 31, Nohurdüzündə 21, Qonaqkənddə 20, Qırızda 13, Xaltanda 12, Təngəaltıda 8 sm təşkil edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - SU QİYMƏTİNƏ...

Son vaxtlar Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində evlərin kütləvi şəkildə satışa çıxarılması müşahidə olunur. Bir neçə il öncəyə kimi Abşeronda mənzil və həyət evi satışında “liderlərdən” olan Xırdalan şəhərində hazırda tam əks tendensiya hökm sürür. Vəziyyəti tam müşahidə çetmək üçün mənzil satışı ilə məşğul olan bir neçə saytı ziyarət etmək kifayətdir. Üstəlik, bu cür evlər bazar dəyərindən olduqca ucuz qiymətə təklif olunur.