Multimilyarder Bill Qeyts bildirib ki, o və başqa zəngin amerikalılar ABŞ xəzinəsinə indi ödədiklərindən daha çox vergi ödəməlidirlər.
Trend-in məlumatına görə, o, bu barədə "CNN" telekanalına müsahibəsində deyib.
B.Qeyts bildirib: "Mən hər bir insandan çox vergi ödəmişəm, 10 milyard dollardan artıq. Lakin hökumət mənim kimi insanlardan daha yüksək ödəniş tələb etməlidir".
"Microsoft"un banisi ABŞ prezidenti Donald Trampın imzaladığı vergi islahatları layihəsini bəyənmir. Onun spzlərinə görə, yeni vergi islahatları layihəsi imkanlı insanların həyatını asanlaşdıracaq və orta təbəqənin vəziyyətinə heç bir təsir etməyəcək.
Qeyd edək ki, Bill Qeyts uzun zaman planetin ən varlı adamı olub. Lakin indi planetin ən varlı adamı "Amazon"un banisi Ceff Bezosdur. B.Qeytsin sərvəti 90 milyard dollar təşkil edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.