banner
banner

Sosİal

BSU tələbələri pedaqoji təcrübəyə başlayır

BSU tələbələri pedaqoji təcrübəyə başlayır

Bakı Slavyan Universitetində (BSU) tələbələrin pedaqoji və istehsalat təcrübəsi keçmələrinə həsr olunmuş tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda BSU-nun rektoru, professor Nurlana Əliyeva, prorektorlardan professor Telman Cəfərov, dosent Xanım Sultanova, Təcrübə və tələbələrin karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasova iştirak ediblər.

BSU-nun rektoru, professor N.Əliyeva konfransı açaraq yeni həyata başlamağa hazırlaşan gənclərə öz tövsiyə və tapşırıqlarını verib. O, universitet illərini artıq geridə qoymaqda olan məzunların yaxın günlərdə fərqli kollektivlərdə çalışacaqlarını, müxtəlif insanlarla ünsiyyətdə olacaqlarını, öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanacaqlarını bildirib. N.Əliyeva istehsalat və pedaqoji təcrübə müddətində hər bir praktikantın hərəkətinin, davranışının, işə münasibətinin birbaşa universitetin, onun professor-müəllim heyətinin adına yazılacağını qeyd edib, onları intizamlı, əxlaqlı, işə münasibətdə məsuliyyətli olmağa çağırıb.

Rektor əvvəlki illərin təcrübəsindən çıxış edərək çox vaxt məzunların istehsalat və pedaqoji təcrübə keçdikləri müəssisələrdə işə götürüldüklərini, həmin təşkilatlarda karyera qurmağa başladıqlarını və bu gün cəmiyyətdə nüfuz sahibi olduqlarını diqqətə çatdırıb. N.Əliyeva gəncləri çalışacaqları qurumlarda milli-mənəvi dəyərləri qorumağa, həmin strukturlara xalqımızın ən yaxşı adət-ənənələrini aparmağa səsləyib. Gənc xanımlara müraciət edən BSU rektoru Azərbaycanın gələcəyinin onlardan asılı olduğunu vurğulayaraq, onları ləyaqətli, dəyanətli olmağa, qeyrətli, hünərvər ana və bacılarımızın yolunu davam etdirməyə çağırıb. N.Əliyeva sonda yaxın günlərdə fəaliyyətə başlayacaq bütün gənclərin xoş sorağını eşitmək arzusunda olduğunu bildirib və onların hər birinə uğurlar diləyib.

 

Universitetin tədris işləri üzrə prorektoru, professor T.Cəfərov çıxışına bəzi faktların təhlili ilə başlayıb. O, 2013-2017-ci illər arasında BSU-nu bitirən məzunların bu gün müxtəlif sahələrdə çalışdıqlarını bildirib. Universitetin gələcək fəaliyyətində təhlil və analizlərin nəticələrinin nəzərə alınmasının vacibliyini qeyd edib. T.Cəfərov daha sonra istehsalat və pedaqoji təcrübəyə gedən gənclərə uğurlar diləyib.

Daha sonra söz fakültə dekanlarına verilib. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev istehsalat və pedaqoji təcrübəyə yollanan tələbələrin tezliklə müxtəlif idarə və təşkilatlarda BSU-nu təmsil edəcəklərini xatırladaraq, onları çalışacaqları qurumlarda nümunə, örnək olmağa çağırıb. Pedaqoji fakültənin dekanı, professor Flora Naciyeva müəllim adının şərəfli olduğunu, bu adın təkcə auditoriyalarda deyil, hər yerdə qorumağın vacibliyini diqqətə çatdırıb. Daha sonra Tərcümə fakültəsinin dekanı, professor Fidan Qurbanova, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dosent Nuridə Novruzova, Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekan müavini Gültəkin Əliyeva çıxış edərək tələbələrə tövsiyələrini verərək onlara uğurlar diləyiblər.

Sonda söz alan Təcrübə və tələbələrin karyera inkişafı şöbəsinin müdiri, dosent Y.Alxasov istehsalat və pedaqoji təcrübənin keçiriləcəyi təşkilat və müəssisələr, təcrübənin gedişi, müddəti və digər məsələlər barədə konkret məlumat verib. O, bu il ilk dəfə olaraq tələbələr üçün təcrübə gündəliyi və jurnalı hazırlandığını bildirib.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.