Çempionlar Liqasında 1/8 final matçları keçirilib - NƏTİCƏLƏR
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Oxu.Az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində azarkeşlər yenə 2 qarşılaşma izləyib.
“Arsenal” doğma publika önündə “Monako”nı sınağa çəkib. Monako klubu 38-ci dəqiqədə Coffrey Kondoqbia, 53-cü dəqiqədə Dimitar Berbatov və 90+4-cü dəqiqədə Yannik Ferreyranın qolu sayəsində 1:3 hesabı ilə qalib gəlib. “Arsenal”ın yeganə topunu 90+1-ci dəqiqədə Aleks Oksleyd-Çemberlen vurub.
Digər görüş Almaniyada baş tutub. “Bayer” Madrid “Atletiko”sunu qəbul. Matçın 57-ci dəqiqəsində Hakan Çalhanoğlunun tək topu “Bayer”ə qələbə qazandırıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.