Avropa Liqasında 1/16 finalın cavab oyunlarına start veriləcək.
Qol.Az-ın məlumatına görə, bu mərhələnin bütün oyunları eyni gündə keçiriləcək.
1/16 finalın ilk iki oyunu Rusiyada baş tutacaq. Moskvada "Dinamo" "Anderlext"i, Peterburqda isə "Zenit" PSV-ni qəbul edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Türkiyə klublarından "Beşiktaş" evdə "Liverpul"u sınağa çəkəcək. "Qara qartal" doğma meydanda ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Trabzonspor" klubu isə İtaliyaya səfər edəcək. İlk görüşdə "Napoli"yə 0:4 hesabı ilə uduzan Trabzon təmsilçisi üçün bu oyun formal xarakteri daşıyır.
"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. İlk görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Ukrayna təmsilçisi səfərdə bu üstünlüyünü qorumağa çalışacaq. F qrupunu qalib başa vuran "İnter" isə evdə "Seltik"lə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar arasında Şotlandiyada baş tutmuş oyunda 3:3 hesablı bərabərlik qeydə alınıb.
26 fevral
Avropa Liqası, 1/16 finalın cavab oyunları
21:00. “Dinamo” (Moskva, Rusiya) - “Anderlext” (Belçika)
(İlk oyun - 0:0)
21:00. “Zenit” (Rusiya) - PSV (Hollandiya)
(İlk oyun - 1:0)
22:00. “Borussiya” (Münhenqladbax, Almaniya) - “Sevilya” (İspaniya)
(İlk oyun – 0:1)
22:00. “Beşiktaş” (Türkiyə) - “Liverpul” (İngiltərə)
(İlk oyun - 0:1)
22:00. “Dinamo” (Kiyev, Ukrayna) - "Genqam" (Fransa)
(İlk oyun – 1:2)
22:00. “Fiorentina” (İtaliya) - “Tottenhem” (İngiltərə)
(İlk oyun - 1:1)
22:00. “İnter” (İtaliya) - “Seltik” (Şotlandiya)
(İlk oyun - 3:3)
22:00. “Legiya” (Polşa) - “Ayaks” (Hollandiya)
(İlk oyun – 0:1)
22:00. "Zalsburq" (Avstriya) - “Vilyareal” (İspaniya)
(İlk oyun – 1:2)
00:05. “Atletik” (Bilbao, İspaniya) - “Torino” (İtaliya)
(İlk oyun – 2:2)
00:05. “Brügge” (Belçika) - "Olborq" (Danimarka)
(İlk oyun – 3:1)
00:05. “Everton” (İngiltərə) - "Yanq Boyz" (İsveçrə)
(İlk oyun – 4:1)
00:05. “Feyenoord” (Hollandiya) - “Roma” (İtaliya)
(İlk oyun – 1:1)
00:05. “Napoli” (İtaliya) - "Trabzonspor” (Türkiyə)
(İlk oyun – 4:0)
00:05. “Olimpiakos” (Yunanıstan) - “Dnepr” (Ukrayna)
(İlk oyun – 0:2)
00:05. “Sportinq” (Portuqaliya) - "Volfsburq" (Almaniya)
(İlk oyun – 0:2)


