banner
banner

İdman

"Atletiko"da ciddi itki

"Atletiko"da ciddi itki

"Atletiko" (Madrid) klubunun müdafiəçisi Qabi Fernandez Çempionlar Liqasının 1/8 finalının "Bayer"lə keçiriləcək cavab matçında oynamayacaq.

Qol.Az-ın məlumatına görə, buna təcrübəli futbolçunun "Bayer"lə Almaniyada baş tutan ilk görüşdə sarı vərəqə limitini doldurması səbəb olub.

Matçın 60-cı dəqiqəsində rəqib futbolçu Lars Benderin dizinə zərbə endirən Qabi sarı vərəqə ilə cəzalandırılıb. Bu, onun cari mövsüm turnirdə aldığı üçüncü sarı vərəqə olub. Bu səbəbdən 31 yaşlı futbolçu Leverkuzen təmsilçisi ilə cavab matçında komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Atletiko" ilk görüşdə səfərdə rəqibinə 0:1 hesabı ilə uduzub. Bu komandalar arasındakı cavab oyunu martın 17-də Madriddə keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.