banner
banner

Dünya

Netenyahu tənqid olundu

Netenyahu tənqid olundu

ABŞ rəsmiləri İsrailin baş naziri Benyamin Netanyahunun Amerika və İran arasında davam edən nüvə danışıqları ilə bağlı tutduğu mənfi mövqeyini kəskin tənqid ediblər.

ANS PRESS-in məlumatına görə, İranla danışıqlarda ABŞ-ı təmsil edən dövlət katibi Con Kerri bildirib ki, İsrail bu danışıqlara münasibətdə yanlış mövqe tutub.

Dövlət katibi yada salıb ki, “Netanyahu prezident Buşun vaxtında İraqa müdaxilənin qızğın tərəfdarı olub və bunun nə ilə nəticələndiyi hamıya bəllidir”.

Kerri bəyan edib ki, İsrail baş nazirinin gələn həftə Konqresdə edəcəyi çıxışını gözləyəcək.

Netanyahunu Konqresdə çıxış etmək üçün respublikaçılar dəvət ediblər. Onlar Qərbin İranla apardığı nüvə danışıqlarının və Tehranla yaxınlaşmanın əleyhinə çıxırlar.

Prezident Obamanın milli təhlükəsizlik müşaviri Syuzan Rays ABŞ-İsrail münasibətlərinin partiyalararası münasibətlər müstəvisinə gətirilməsinin əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, Netanyahu öz növbəsində dünya güclərini İranın nüvə silahı əldə etməsi cəhdlərinin qarşısını almaqdan imtina etməkdə günahlandırıb.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.