banner
banner

Dünya

Obamaya sui-qəsd cəhdi

Obamaya sui-qəsd cəhdi

ABŞ-da prezident Barak Obamaya sui-qəsd etmək, FTB agentləri və polis işçilərini qətlə yetirməyi planlaşdırmaq və İŞİD terror təşkilatına dəstək vermək ittihamı ilə üç nəfəri həbs edilib.

ANS PRESS-in məlumatına görə, rəsmilər Nyu-Yorkda yaşayan üç şəxsdən ikisinin Özbəkistan, birinin isə Qazaxıstan vətəndaşı olduğunu bildiriblər.

ABŞ-ın Ədliyyə nazirliyi hüquq-mühafizə orqanları işçilərinin Qazaxıstan vətəndaşı olan Axror Saidayxmetovun Suriyaya keçmək üçün Türkiyəyə uçan təyyarəyə minməyə hazırlaşdığı zaman Nyu-Yorkda Kennedi beynəlxalq hava limanında həbs edildiyini bildirib. ABŞ rəsmiləri Özbəkistan vətəndaşlarından biri Əbdülrəsul Həsənoviç Juraboyevin Nyu-York-İstanbul reysinə bilet aldığını və gələn ay Birləşmiş Ştatları tərk etməyə hazırlaşdığını bildirib. Rəsmilərin bildirdiyinə görə, Abror Habibov isə Axror Saydaşmetovun İŞİD-ə qoşulmasına kömək göstərib.

Ədliyyə nazirliyi Juraboyevin İŞİD-dən əmr aldığı halda, ABŞ-da terror aktları həyata keçirməyə, Juraboyevin isə İslam Dövləti qrupunun döyüşçülərinə qoşula bilsə eyni işi görməyə hazır olduğunu bildirib.

ABŞ rəsmiləri ilk dəfə bu üç şəxslə 2014-cü ilin avqust ayında Juraboyevin İŞİD-i dəstəkləyən veb səhifədə özbək dilində mesaj yerləşdirməsindən sonra maraqlanmağa başladıqlarını bildiriblər. ABŞ hökumətinin bildirdiyinə görə, Juraboyev İŞİD-dən əmr alsa prezident Barak Obamanı qətlə yetirməyə hazır olduğunu ifadə edib. Rəsmilərə əsasən, Saidaxmetov Suriyada İŞİD-ə qoşula bildiyi hadal, pulemyot alıb polis işçiləri və ABŞ-ın Federal Təhqiqatlar Bürosunun işçilərini öldürmək təklifi verib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.