Hazırda “Ufak tefek cinayetler” serialında rol alan aktrisa Gökçe Bahadırla iş adamı sevgilisi Efe Durunun əsl ayrılma səbəbi bəlli olub. 3 ay əvvəl bitən münasibəti ilk dəfə Efe sosial mediadan bildirib. Ötən gün isə iş adamı kanallardan birinə müsahibə verərkən ilk dəfə ayrılma səbəbindən danışıb. O, "Ayrılıq səbəbi nədir? Gökçenin aktyor Mert Fıratla yaxınlaşmasıdırmı?" sualına "Xeyr. Çıxan xəbərlər yalandır. Bir-birimizi başa düşmədik, ayrıldıq. Sadəcə bu" deyə cavab verib. Xatırlaq ki, Bahadırla Durunun qəfil ayrılığına səbəb kimi aktrisanın tərəf müqabili Mert Fıratla eşq yaşadığı iddia edilir
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.