banner
banner

Şou

Madonna səhnədə yıxıldı - VİDEO

Madonna səhnədə yıxıldı

Dünya şöhrətli müğənni Madonna “Brit Music Awards” mükafatlandırma mərasiminin səhnəsində xoşagəlməz hadisə ilə üzləşib. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, rəqs qrupu ilə birlikdə səhnəyə çıxan pop ulduz pelerininin bağlarını aça bilməyib. Bu səbəbdən rəqqaslar müğənniyə kömək etmək üçün ipləri arxadan dartmalı olublar. Lakin bu zaman Madonna nərdivanlardan yerə yıxılıb. 

Daha sonra ayağa qalxan ifaçı heç nə olmamış kimi şousuna davam edib. 

O, sosial şəbəkədə yıxılarkən çəkilmiş fotosunu paylaşaraq “Mənim gözəl pelerinim möhkəm bağlanıbmış. Ancaq məni heç nə saxlaya bilməz. Sizin sevginiz ayağa qalxmağıma kömək oldu. Xoş niyyətləriniz üçün təşəkkür edirəm” sözlərini yazıb. 




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.