Bu gecə Bakıda “Xocalıya Ədalət” yürüşü təşkil edilib. Xocalı qurbanlarının xatirəsinə həsr olunan yürüş “Ana harayı” abidəsinin önündən başlayıb.
ANS TV-nin məlumatına görə, tədbir Gənclər Təşkilatları və bəzi QHT gənc fəalları tərəfindən təşkil edilib. Yürüş aksiyasında təxminən 3000-dən çox gənc iştirak edib. Tədbirin keçirilməsində məqsəd Xocalıda baş verən hadisələri dünyaya çatdırmaq və Azərbaycan gəncliyinin bu faciəni unutmadığını göstərmək olub.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Leyla Əliyeva tərəfindən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycanda və xarici ölkələrdə bir sıra tədbirlərin həyata keçirildiyini deyib. Onun sözlərinə görə, bu tədbirlərdən ən böyüyü gecə keçirilən məhz bu yürüşdür. İcraçı direktor bu formatda hər il tədbirlərin təşkil edildiyini bildirib.
Abidənin önünə toplaşan gənclər yürüş üçün hazırlıqlara başladılar. İlk əvvəl abidənin önünə şamlar düzüldü. Bundan sonra isə insan izdihamı əllərində Azərbaycan bayraqları ilə yürüşə start verdi.
Paytaxtin mərkəzi küçələrindən keçməklə Dənizkənarı Milli parka qədər yürüş edən gənclər müxtəlif şüarlar səsləndirib. Yürüş Dənizkanarı Milli park ərazisində şamlardan hazırlanmış ingilis dilində yazılan “Xocalıya Ədalət” şüarı ətrafinda başa çatıb.
“Xocalıya Ədalət” sözlərinin əcnəbi dildə yazılmasının məqsədi də bu soyqrımı dünya ictimaiyyətinə çatdırmağa xidmət edir.
Tədbirin sonunda simvolik olaraq Xocalıda şəhid olanların sayı qədər havaya şam buraxılıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.