Rayonların birində bal emalı müəssisəsi yaradılacaq
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qax rayonunun prioritet inkişaf sahələri üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
Trend-in məlumatına görə, işgüzar forumun yekununda SKMF startapların reallaşdırılması, bağçılıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının, eləcə də balın sənaye emalı və qablaşdırılması, tütün emalı müəssisələrinin və qurudulmuş tütün anbarının saxlanması üçün anbarın yaradılması üzrə investisiya layihələrinin qəbuluna başlamaq məqsədə uyğun hesab edilib.
SKMF vəsaitlərinin istifadəsi qaydalarına uyğun olaraq sahibkarlar səlahiyyətli kredit təşkilatları vasitəsilə müraciət edə bilərlər.
Sahibkarların istəyinə uyğun olaraq kiçik layihələr bütünlüklə güzəştli kreditlər hesabına maliyyələşdirilə bilər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.