banner
banner

Sosİal

Bakıda qadının tikdirdiyi ev söküldü

Bakıda qadının tikdirdiyi ev söküldü

Məmmədova Xalidənin el arasInda Qum adası və ya Duzlu göl kimi tanınan ərazidə torpaq sahəsi var. Amma artıq ikinci dəfədir ki, ona məxsus ərazidə tikdiyi ev sökülür.

Şikayətçi deyir ki, qızı üçün aldıqları və güc-bəla ilə tikdikləri evi icra hakimiyyətinin nümayəndələri tərəfindən sökülür. Müsahibimin sözlərinə görə, evini sökdürən şəxslər deyirlər ki, bu ərazidə gərginlik naqilləri keçdiyindən və burada vulkan mənbəyi olduğundan ərazidə ev tikmək təhlükəlidir.

“Başımdan yaylığımı açıb ayaqlarının altına atdım ki, evi dağıtmayın qoyun qalsın. Dedilər ki, ancaq bir şərtlə dağıtmırıq, tikintini dayandırın. Birinci gün gələrsən icraya danışarıq. Bir qədər ərazidən uzaqlaşmışdım ki, qonşu zəng etdi ki, gəlib evi dağıtdılar” – deyə şikayətçi Xalidə Məmmədova bildirib.

Xalidə xanım deyir ki, gözdən əlil qızı əri və üç aylıq körpəsi ilə çöllərdə qalıb. Çünki onların adına alınan bu torpaqda bir ev tikib, başlarını sala bilmirlər. Qadının sözlərinə görə, torpağı tanıdıqları adamdan alıblar, hətta bunun notarial təsdiqi də var, amma nə faydası.

Məsələ ilə bağlı Suraxanı Rayonu İcra Hakimiyyətindən isə problemə bu cür aydınlıq gətirdilər.

“Torpaqla bağlı olan bütün sənədləri, eləcə də ərazidə tikiləcək olan evin layihəsini çəkdirsin və Suraxanı Rayonu İcra Hakimiyyətinə təqdim etsin. Belə olan halda məsələyə baxıla bilər”- deyə Suraxanı rayonu icra hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov vurğulayıb.

Belə çıxır ki, şikayətçi torpağa olan sənədlərilə müraciət etsin, Suraxanı Rayonu Icra Hakimiyyətinə oradan məsələ araşdırılmasına söz verdilər.//ANS



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.