banner
banner

Dünya

Üçayaqlı it sahibəsini intihardan xilas edib

Üçayaqlı it sahibəsini intihardan xilas edib

Üç ayağı olan it 51 yaşlı Mikayel Fildin intiharının qarşısını alıb. Bu haqda “Metro” xəbər verib. Fild uzun illər boyunca Elers sindromundan, stresdən, klaustrofobiyadan və aqrofobiyadan əziyyət çəkir.

 

Qadının durumu pisləşib və hesab edib ki, xəstəlik onu məğlub etmək istəyir. Mikayelin sözlərinə görə, divanda oturub intihara hazırlaşan vaxt üçayaqlı it qəfil onun üstünə hücum çəkib və pəncəsi ilə itələyib: “Qəfildən Niki mənim əllərimə vurdu. Bu, məni şoka saldı. İt demək olar ki, mənim beynimdən intiharla bağlı fikirləri vurub çıxardı. Onun gözlərinə baxanda anladım ki, mən Nikini tək qoya bilmərəm”. 

 

Qadında panik ataklar başlayanda, psixoloq ona it almağı, evdə it saxlamağı məsləhət görüb. İt ona həm köməkçi, həm də bundan sonra mübarizə aparmaq üçün stimul olacaqdı. Mikayela Nikini yarım il bundan əvvəl, it avtomobil qəzasında ayaqlarından birini itirəndən sonra yanına götürüb. Niki xüsusi təlim keçməsə də, bir neçə dəfə qadına panik atak və depressiya ilə mübarizə aparmaqda yardımçı olub.

 

Bu ilin fevralında Avstraliyanın Viktoriya ştatındakı Linton şəhərində at öz sahibəsini it hücumundan qoruyub. İri küçə iti avstraliyalı qadın atın belində gedərkən ona hücum edib, onun ayağından yapışıb və yerə doğru sərib. Bu məqamda at öz sahibəsinin köməyinə çatıb. O, təkcə qadını qorumayıb, eyni zamanda iti də qovub. Amma bu mübarizə zamanı at ciddi xəsarət alıb. Onun boynunda itin dişlək yerləri qalıb. Atı veterinara, sahibəsini isə həkimə aparıblar. Atın boynuna bir neçə tikiş yeri qoyublar, sahibəsinin ayağında isə it dişləməsindən ciddi zədələr meydana gəlib. İti yaxalamaq isə mümkün olmayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.