56 yaşlı aktrisa Hizer Loklir Kaliforniya polisi tərəfindən həbs edilib. Aktrisa məişət zorakılığı, sevgilisini döymə və polisə hücum etmə maddələri ilə ittiham olunub. Polisin bildirdiyinə görə, Loklirin evindən gələn zəngdən sonra onun evinə gedən dəstə aktrisanın sevgilisini döydüyünü görüb. Polis Hizeri bölməyə aparmaq istəsə də, o, müqavimət göstərib və onları yumruqlayıb. Zorla aparılan Loklir ifadə verdikdən sonra 20 min dollar qarşılığında azadlığa buraxılıb. Aktrisa jurnalistlərə açıqlamasında polisin gəlişi zamanı travma aldığını və bu səbəbdən əvvəlcə xəstəxanaya sonra həbsxanaya getdiyini bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.