Ötənlərin məşhur futbolçusu, İtaliya Futbol Federasiyasının rəsmisi Alessandro Kostakura ölkə millisinin baş məşqçi vəzifəsinə namizədlər barədə danışıb. Kostakura qeyd edib ki, “Skuadra Adzurra” üçün hazırda ən yaxşı variant Antonio Kontedir: “Mənim fikrimcə, namizədlər arasında İtaliya millisi üçün ən yaxşı variant Antonio Kontedir. Qarşıdakı aylarla onunla söhbətimiz olacaq. Hələ ki yekun qərar verməmişik. Lakin düşünürəm ki, Konte işinin öhdəsindən hamıdan yaxşı gələ bilər.
Bu, o demək deyil ki, mən Mançini, yaxud Ançelotti ilə çalışmaq istəməzdim. Sadəcə, onların millidə çalışmağa razılıq verəcəklərinə inanmıram.
Biz İtaliya “A” seriyasında çalışan məşqçilərin, eləcə də Cennaro Qattuzonun namizədliyini müzakirə etmirik”.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb