Fransada 50-ə yaxın məmur şaxtalı havada sözün əsl mənasında küçədə gecələyəcək.
Oxu.Az “RİA Novosti”-ə istinadən xəbər verir ki, bu təşəbbüslə Etamp rayonunun meri Eson Mama Si Facebook səhifəsində çıxış edib.
Məqsəd yerli ictimaiyyətin diqqətini soyuq hava şəraitində küçədə gecələməli olan evsizlər və kimsəsiz insanlara yönəltməkdir.
“Ötən il 500-ə yaxın evsiz insan küçələrdə dünyasını dəyişib, 2018-ci ildə isə təkcə Parisdə bir ay yarım ərzində 13 nəfər həyatını itirib. Fevralın 28-də xalq tərəfindən seçilmiş 50-ə yaxın məmur küçədə, Austerlisk vağzalı yaxınlığında gecələyəcək” –deyə Si qeyd edir.
Xatırladaq ki, bir neçə gün əvvəl Fransa paytaxtında keçirilən “Həmrəylik gecəsi” adlı tədbirdə, küçədə qalan evsizlərin sayı hesablanıb. Aksiya təşkilatçılarının məlumatına görə, Paris küçələrindən 5 minə yaxın evsiz insan yaşayır, onların bir hissəsi artıq sığınacaqlara göndərilib. Habelə 3 minə yaxın insan havaların soyuq keçməsinə rəğmən küçələrdə gecələməli olur.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.