banner
banner

Gündəm

Bakıda “Microsoft” İnnovasiya Forumu keçiriləcək

Bakıda “Microsoft” İnnovasiya Forumu keçiriləcək

“Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə bu gün Bakıda “Microsoft” İnnovasiya Forumu keçiriləcək.

Şirkətdən Trend-ə verilən məlumata görə, forum ən müasir texnoloji yenilikləri əhatə edəcək və bir çox IT şirkətləri və startapları bir araya toplayacaq. Tədbirdə informasiya texnologiyaları sahəsində şirkət nümayəndələri və mütəxəssislər iştirak edəcək. Bununla yanaşı, forumda gənc istedadlar arasında keçirilən “Microsoft Imagine Cup 2018” beynəlxalq texnoloji müsabiqənin milli turu haqqında da ətraflı məlumat verilicək.

 

Bundan başqa, tədbirdə “Microsoft Azerbaijan” şirkətinin nümayəndələri bulud xidmətlərinin fərdi həyatda və biznesdə istifadəsi imkanları barədə məlumat verəcək, həmçinin “Windows” əsaslı cihazları, işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən bu cihazların vahid sistem kimi işləyə bilmə imkanlarını nümayiş etdirəcək.

“Forum müasir texnoloji yenilikləri əhatə edəcək yeni bir layihədir. Forumda ən son məhsullarımız və bulud texnologiyaları xidmətimiz təqdim edib, “Microsoft”un təcrübəsi ilə bölüşəcəyik. Tədbirə qeydiyyat artıq başlayıb və deyə bilərəm ki, forumda Azərbaycanın gənc IT şirkətlərinin və xarici ekspertlərin iştirakını gözləyirik. Bu forum, həm də bizimlə və digər şirkətlərlə əməkdaşlıq üçün yaxşı platformadır”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.