banner
banner

Sağlamlıq

Dişləri ağappaq edən TƏBİİ MƏCUN - RESEPT

Dişləri ağappaq edən TƏBİİ MƏCUN -

Aktiv kömür tibdə geniş istifadə olunan təbii vasitədir. Bu vasitənin köməyi ilə orqanizmi təmizləmək mümkündür.

Digər tərəfdən kömürü dişləri ağartmaq üçün də istifadə etmək olar. Saglamolun.azsizə dişləri ağardan təbii məcunun reseptini təqdim edir.

Lazım olanlar:

- 10 həb aktivləşdirilmiş kömür

 

- 1 x.q. bal

- 1 ç.q. soda

Hazırlanması:

Aktivləşdirilmiş kömürü toz halına salın. Fikir verin ki, iri hissəciklər qalmasın, onlar diş emalını zədələyə bilər. Kömür, bal və sodanı yaxşı qarışdırın. Məcunu sərin yerdə saxlayın.

Necə istifadə olunur?

Kiçik bir qaşıqla diş fırçanızın üzərinə bu qarışımdan bir az qoyun. Dişlərinizi hər zamankı kimi fırçalayın, dişlərin önünə və arxasına da bərabər dərəcədə tətbiq edin. 

Fırçalamadan sonra ağzınızı ilıq su ilə yaxalayın və sonra adi qaydada diş məcunu ilə təmizləyin. Kömürlə olan məcunu həftədə 2 dəfə istifadə etmək olar. Bir müddətdən sonra dişləriniz xeyli ağaracaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.