Süd zərdabı haqqında yəqin ki, eşitmisiz. İnsanın bağırsaq və immun sistemi üçün vacib olan laktozanın mənbəyidir.
Dünyanın bütün müalicə sanatoriyalarında kosmetik və müalicəvi məqsədlə istifadə olunur. Çünki orqanizm üçün çox vaciblidir. Hələ də bilmirsizsə, evdə hazırlaya bilərsiz.
Medicina.az bildirir ki, süd zərdabı bağırsağın mikroflorasını aktivləşdirir, faydalı bakteriyaları artırır, həzmetməni yaxşılaşdırır. İltihab yaradan bakteriyaları məhv edir, qaz, köp yaranmasının qarşısını alır. Bu primitiv maddə möcüzəvi təsirlə sanki orqanizmi oyadır, normal iş tempinə salır, immuniteti möhkəmləndirir. Müntəzəm istifadə etdikdə, energetik balans yaranır. Məsləhətdir ki, hər gün səhər yeməyindən öncə 1 stəkan içilsin.
Bu zərdab sizin əhvalınızı da qaldıracaq, çünki xoşbəxtlik hormonu serotonini sintez edir. Beyinin tonusunu yaxşılaşdırır, yaddaşı gücləndirir, emosional vəziyyəti düzəldir, insanı stress və yorğunluqdan çıxarır. Kosmetik məqsədlə üz və saçlara çəkmək olar. Yeri gəlmişkən, qədimdə qızlar çay kənarında saçlarını qatıqla yox, məhz süddən süzülən bu zərdabla yuyardılar.
Süddən ev şəraitində zərdab süzülməsi qaydası:
1 litr təzə kənd südünü bişirib, bir qaba töküb, isti yerdə turşumağa qoyursuz. Turşuyandan sonra onu orta odda qaynamağa imkan vermədən qızdırırsız. Qətiyyən qaynamamalıdır. Sonra soyudub, bir neçə qat tənzifdən süzürsüz. Süzülmüş şəffaf hissə süd zərdabıdır. Tənzifin üzərində qalmış kəsmik kimi hissəni də müxtəlif cür istifadə edib yeyə bilərsiz.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.