banner
banner

Sağlamlıq

Sürətli yemək piylənmə riskini artırır

Sürətli yemək piylənmə riskini artırır

Alimlər yavaş yeməyin piylənmə riskini azaltdığını müəyyənləşdiriblər.

Azertag.az bildirir ki, Yaponiyada şəkərli diabet xəstələrin iştirakı ilə aparılan araşdırma nəticəsində yavaş və rejimlə yeyən insanlarda bel bölgəsindəki yağlanmanın və ümumi bədən kütlə indeksinin daha az olduğu məlum olub.

Tədqiqat əsnasında Yaponiyada 2008-2013-cü illər arasında mütəmadi yoxlanışdan keçən ikinci tip 59 min 700 diabet xəstəsinə yemək vərdişləri ilə bağlı suallar verilib. İştirakçılar gündə neçə dəfə və nə qədər sürətlə yedikləri, səhər yeməyi və yatmadan əvvəl yemək yeyib-yemədikləri barədə 7 suala cavab veriblər.

Nəticələr göstərir ki, sürətli yemək piylənmə riskini artırır. Yavaş yeyən iştirakçılardan 21,5, normal sürətlə yeyənlərdən 30, sürətli yemək yeyənlərdən isə 45 faizinin piylənmədən əziyyət çəkdiyi məlum olub.

 

Bədən kütlə indeksinin yavaş yemək yeyənlərdə ortalama olaraq 22-dən bir az çox, normal yeyənlərdə 23,5, sürətli yeyənlərdə isə təxminən 25-ə yaxın olduğu təsbit edilib. Bel ətrafındakı yağların da yemək yemə sürəti artdıqca çoxaldığı məlum olub.

Tədqiqatın nəticələrinə əsasən, yavaş və müntəzəm yemək yeyən, səhər yeməyini qaçırmayan, gecə yatmazdan əvvəl yeməyən insanlarda şişman olma riski azalır.

Digər tərəfdən yemək yemə vərdişlərini dəyişdirən xəstələrdə də bədən kütlə indeksinin azaldığı müəyyənləşib.

Araşdırmanın nəticələri "BMJ Open" elm dərgisində yayımlanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.