2016-cı ilin nəticələrinə görə, müvafiq cins və yaş qrupu üzrə əmək qabiliyyətli əhalinin (15-64 yaş) hər 100 000 nəfəri hesabı ilə ölən kişilərin sayı qadınlarla müqayisədə az qala 2 dəfə çoxdur. Belə ki, 2016-cı ildə 15-64 yaşlı qadınların hər 100 000 nəfəri hesabı ilə 195 nəfər qadın həyatını itiribsə, eyni yaş qrupu üzrə kişi ölümü 379 nəfər olub.
Bu barədə Axar.az-a açıqlamasında ekspert Rövşən Ağayev bildirib. O qeyd edib ki, 2016-cı il də ölən bütün kişilərin (cəmi 29924 nəfər) 44%-i əmək qabiliyyətli yaşda olduğu halda, qadınların cəmi 25%-i 15-64 yaşda həyatını itiriblər:
“Azərbaycanda selektiv abortların çoxalması son onilliklərdə doğulan uşaqlar arasında oğlanların təxminən 5-6% üstünlük təşkil etməsinə səbəb olub. Lakin ölümlə bağlı statistika göstərir ki, 14 yaşadək uşaqlar arasında oğlanların ölüm faizinin qızlarla müqayisədə 30%-dən çox olması yuxarı yaşlarda qadınla kişi sayında fərqi azaldır. Məsələn, 2016-cı ildə 0-14 yaş intervalında hər 100 000 nəfər qız uşağına ölüm göstəricisi 97 nəfər, oğlan uşaqları üzrə 126 nəfər təşkil edib. İnkişaf etmiş ölkələrdə əmək qabiliyyətli yaşda (15-65 yaş) ölümlərin ümumi ölümlərdə payı 18-22% ətrafındadır. Azərbaycanda isə bu göstərici son illər 36-38% arasında dəyişib. Yəni bizdə əmək qabiliyyətli yaşda həyatın itirilməsi faizi Qərb ölkələrindən azı 2 dəfə yüksəkdir”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.