Çinin Xenyan şəhərindəki bir restoranda ləng qulluq edən və qonaqlardan bir qədər səbirli olmasını xahiş edən ofisiant sonuncular tərəfindən döyülüb.
Bu haqda “Daily Mail” nəşri xəbər verib. Öncə qonaqlardan biri ofisiantın üzünə zərbə vurub. Daha sonra onunla gələn qadın ofisiant qadının saçlarından tutub və başına zərbələr endirib. Həmin iki nəfər qadını döyən vaxt digər qonaqlar da ona stolun üstündəki qab-qacağı atıblar.
Ofisiant ciddi zədə almayıb. Baş vermiş bu hücumu polis araşdırır. Restoran sahiblərinin bildirdiyinə görə, hüquq-mühafizə orqanları xuliqanlardan birini artıq yaxalayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.