Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərini edib.
ANS PRESS-in məlumatına görə, səfərin məqsədi Nyu-Yorkda BMT-nin 69-cu Baş Assambleyasında iştirak etmək və bir sıra rəsmi görüşlər keçirməkdir.
Ərdoğanın Amerika səfəri 5 gün davam edəcək. Türkiyə prezidenti əvvəlcə BMT-nin baş katibi Pan Gi-munla görüşəcək, BMT-nin Baş Assambleyası çərçivəsində Fələstin və İraq prezidentləri ilə təkbətək görüş keçirəcək.
Rəcəb Tayyib Ərdoğanın Baş Assambleyada çıxışı da gözlənilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.