Burak və Fahriyenin arası dəyib? - cütlükdən ilk açıqlama gəldi
Aktyor Burak Özçivit və aktrisa xanımı Fahriye Evcen öən gün İstinyeparkda görüntüləniblər. Cütlük küsülü olmaları ilə bağlı çıxan xəbərlərə aydınlıq gətirib. Burak xanımı ilə arasında soyuq münasibətlərin olmadığını, hər şeyin yolunda getdiyini vurğulayıb: "Məni az-çox tanıyırsınız. Belə bir şey üstə dava edən adama oxşayıram? Birlikdə görünmürük deyə haqqımızda belə şayiələr çıxır. Biz isə bunlara fikir vermirik". Fahriye də uşaq istədiyi üçün, amma Özçiviti razı sala bilmədiyi üçün ondan inciməsi haqda çıxan xəbərlərə "Hazırda belə bir fikrim yoxdur. Olsa da, ərimlə bunun üstə dalaşmaram" cavabını verib. Xatırladaq ki, sonuncu dəfə aktyor “GQ” jurnalının mükafatlandırma mərasiminə tək qatılmışdı. O, Fahriyenin işinin çox olduğu üçün gecəyə gələ bilmədiyini söyləmişdi. Həmin vat isə aktrisa İnstaqram səhifəsinin “Story” bölməsində televizor izləyərkən çəkilmiş şəklini paylaşmışdı.
İddialara görə, Fahriyenin paylaşımına əsəbiləşən Burak evə gedərək onu yalançı çıxardığı üçün dava edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.