Türkiyənin tanınmış müğənnisi Linet silikonlarını yeniləyib. Bunu çoxdan etmək istəyən ifaçının başı albom çıxartmağa qarışmışdı. Bu yaxınlarda "Bilir misin" adlı albomu işıq üzü gördükdən sonra Linetin ilk işi əməliyyat masasına uzanmaq və silikonlarını yeniləmək olub. Qeyd edək ki, sənətçi iş adamı Edi Debeharla ailə qurması ilə gündəm olub. Belə ki, Edinin ABŞ prezidenti Donald Trampın ortağı olduğu üzə çıxıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.