"Lazım olan qolu vura bilmədik" - "Zirə"nin məşqçisi
"İki fərqli hissə oldu. İlk hissədə istədiyimiz alınmadı. Hücumlara istədiyimiz qədər çıxa bilmədik. İkinci hissədə dəyişiklik etdik və istədiyimiz hücumlara çıxdıq. Təəssüf ki, lazım olan qolu vura bilmədik. Bu azmış kimi ani diqqətsizlikdən qapımızda qol gördük”.
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Zirə"nin məşqçisi Elnur Çodarov evdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqlar oyundan sonra deyib.
- Limit məsələsinə görə qapıçı seçiminizi səhv qərar hesab edirsiniz?
- Xeyr. 3 qapıçımızın hər birinə inanırıq. Fərq etməz. Bu gün belə məsləhət oldu. Ayxan Abbasov başda olmaqla, götür-qoy etdik və Abdulla Seyidəhmədova güvəndik. Oyun göstərdi ki, seçimimiz yanlış deyil.
- Aleksandr Dedovun start heyətdə olmaması nə ilə bağlı idi?
- Bu, sadəcə taktiki gediş idi. Onu meydana sonradan buraxdıq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb