Ayaq tərləməsinə adətən yay aylarında rast gəlinsə də, bəzi şəxslərin ayağı qış aylarında da tərləyir. Əslində ayaq tərləməsi çox bəsit görünə bilər, amma bu, bəzi ciddi problemlərin xəbərçisi ola bilər. Artıq çəki, diabet, sinirlilik halı, ürək və ağciyər xəstəlikləri, dərman istifadəsi, hamiləlik, menopauza, hipertiroid kimi narahatlıqlar da ayaq tərləmələrinin ən böyük səbəblərindən ola bilər. Ailem.az problemdən yaxa qurtarmaq üçün təbii reseptlər verir.
Ayaq tərləməsinə sirkə
Hər gün mütəmadi olaraq bir stəkan ilıq suya iki çay qaşığı sirkə töküb içmək ayaqlarınızdakı tərləmə problemini aradan qaldırmağa kömək olacaq.
Buna alternativ olaraq, bir ləyən suya əlavə ediləcək bir neçə qaşıq sirkədə ayaqlarınızı saxlamağınız da ayaq tərləməsi və buna bağlı olaraq yaranan ayaq qoxusunun qarşısını ala bilər.
Pomidor suyu
Bir, ya da iki pomidoru əzərək ayaqlarınıza sürtə bilərsiniz. İlıq su ilə yuyub duruladığınızda bir neçə gün ərzində aradakı fərqi görəcəksiniz.
Kartof
Əzilib suyu çıxarılan çiy kartof ayaqlara vurulub saxlandıqda eynən pomidor kimi, tərkibindəki enzimlər sayəsində ayaqlarınızdakı tərləməni azaldacaq.
Qarğıdalı nişastası və soda
İlıq su ilə yuduğunuz ayaqlarınızı qarğıdalı nişastası və soda qarışımı ilə ovub bir saat saxlayın. Sonra duruladığınızda ayaq tərləməsi probleminizin qarşısını almış olacaqsınız.
Qara çay
Qara çayın tərkibindəki tannik turşusu dəmlənmiş və süzülmüş çay yarpaqları ilə ayaqlara masaj edildiyində dəriyə keçir və qoxu problemini bir xeyli azaldır.
Kakos yağı
Kakos yağının anti-bakterial özəlliyi var. Ayaqlarınızı yatmazdan öncə bu yağla ovduğunuzda tərləmə probleminiz aradan qalxacaq.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.