banner
banner

Dünya

İtaliyada parlament seçkilərində səsvermə başa çatıb

İtaliyada parlament seçkilərində səsvermə başa çatıb

İtaliyada keçirilən parlament seçkilərində səsvermə başa çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 23:00-da ölkədə bütün seçki məntəqələri bağlanıb.

 

Seçkilərdə İtaliya parlamentinin aşağı palatasına 630 deputat, yuxarı palatasına 315 senator seçiləcək. Ümumilikdə, 31 partiyadan 7762 nəfərin namizədliyi irəli sürülüb. Rəy sorğularına görə, heç bir siyasi qüvvə 40%-liq həddi aşa bilməyəcək.

 

Bununla belə İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin "İrəli, İtaliya!", Matteo Salvininin “Liqa” və Corci Meloninin “İtaliya Qardaşları” partiyaları seçkilərin favoriti hesab edilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.