Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Qaradağ Rayon Polis İdarəsinin müvafiq şöbəsinin əməkdaşlarının iştirakı ilə rayonun Qobustan qəsəbəsində şəxsiyyət vəsiqəsinin təmini üzrə növbəti səyyar xidmət keçirilib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbir zamanı qəsəbə sakinlərindən 60 nəfərin, o cümlədən şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş 55, hərəkət imkanları məhdud olan 3 nəfərin şəxsiyyət vəsiqəsi ilə təmin olunmaları üçün müvafiq sənədləri icraata götürülüb.
Bununla yanaşı, həmin qəsəbədəki 195 və 321 saylı orta məktəblərin buraxılış siniflərində oxuyan 21 şagirdə şəxsiyyət vəsiqəsi verilib, 35 nəfərin isə sənədləri qəbul edilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.