Hollandiya millisinin heyəti açıqlanıb. Qol.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Ronald Kuman 33 futbolçuya dəvət göndərib. Onların arasında keçmiş hollandiyalı futbolçu Patrik Klyuvertin oğlu Castin Klyuvert də var. 18 yaşlı yarımmüdafiəçi ilk dəfə ölkənin əsas millisinə dəvət alıb.
Qeyd edək ki, Castin martın 23-də İngiltərə və ya 26-da Portuqaliya ilə yoldaşlıq oyunlarından birində meydana çıxsa, yığmadakı debütünü atası kimi 18 yaşında gerçəkləşdirəcək
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.