Bakıda ABŞ Avropa Komandanlığı tərəfindən seminar keçirilib
Bakıda ABŞ Avropa Komandanlığı tərəfindən seminar keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, seminar Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən ABŞ Avropa Komandanlığının mütəxəssisləri tərəfindən təşkil olunub.
“Quru Qoşunlarda texniki xidmət və təmir bölmələrinin işinin təşkili” mövzusunda keçirilən zamanı qoşun növlərindən hərbi qulluqçular iştirak edib.
İştirakçılara mövzuya dair müxtəlif brifinqlər təqdim olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.