banner
banner

Dünya

Özbək prezident 18 ildən sonra Tacikistana getdi

Özbək prezident 18 ildən sonra Tacikistana getdi

Özbəkistan prezidenti Şövkət Mirziyayev Tacikistana səfər edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Mirziyayevi Düşənbə hava limanında İmaməli Rəhman qarşılayıb. Hava limanından görüşün keçiriləcəyi yerə hərəkət edən prezidentlərin kortejini 12 min tələbə və məktəbli salamlayıb.

Qeyd edək ki, bu, Özbəkistan prezidentinin 2000-ci ildən sonra Tacikistana ilk səfəridir. Rəhman isə sonuncu dəfə Özbəkistana 1998-ci ildə səfər edib.

Tacikistanla Özbəkistan arasında uzun illərdir həll edilməyən problemlər mövcuddur. Tərəflər hələ də regional sular və enerji resurslarının bölüşdürülməsində problemlər yaşayır. Qonşu olmalarına rəğmən, iki ölkənin ticarət dövriyyəsi cəmi 126 milyon dollar təşkil edir. İki ölkə yalnız 26 ildən sonra bir-birinin ərazisinə 5 günlük vizasız səyahətə razılıq verib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.