banner
banner

Sağlamlıq

Məşhur professor həkimlərin iddiasını alt-üst etdi: “Çörək yeyin...”

Məşhur professor həkimlərin iddiasını alt-üst etdi:

Son zamanlar əksər həkimlər, dietoloqlar çörək yeməyin orqanizmə olduqca zərərli olduğunu bildirirlər. Buna görə də bir çoxumuz çörək yeməkdən imtina etmişik. Amma türkiyəli məşhur professor Ender Saraçoğlu bu deyilənlərin əksini iddia edir. Ailem.az professorun çörəyin faydaları barədə fikirlərini sizə çatdırır.

Özünün də çörək yediyini və çörəksiz dura bilmədiyini söyləyən Saraçoğlu deyir ki, bu qidadan imtina etmək doğru deyil. Çünki çörək deyilənlərin əksinə olaraq, olduqca faydalıdır: “Son illər bir çox mütəxəssislər “çörək yeməyin” deyirlər, bu fikri haradan uydururlar bilmirəm. Çörəyi xüsusilə xərçəngə, diabetə qarşı istifadə etmək lazımdır. Amma çörək təmiz buğda çörəyi olmalıdır. Çörək yüksək təzyiqin qarşısını alır, metabolizma xəstəliklərində qoruyucu və önləyici xüsusiyyətə malikdir. Təmiz buğdadan hazırlanan çörək qidalandırıcı, vitaminli və doyurucudur”.

E. Saraçoğlu qeyd edir ki, qarğıdalı unundan hazırlanan çörək də faydalıdır: “Qarğıdalı unundan hazırlanan çörək dəri xəstəliklərinin qarşısını alır. Bu çörəkdən istifadə edənlərin üzünə baxdıqda onlarda demək olar ki, heç bir sızanağa rast gəlmirsən. Dərisinin gözəl olmasını istəyənlər qarğıdalı çörəyi yeməlidirlər. Qarğıdalı unu eqzema və sədəfə qarşı da önləyici xüsusiyyətə malikdir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.