banner
banner

Hərbİ

Hava qüvvələri silahlıların mövqelərini bombaladı

Hava qüvvələri silahlıların mövqelərini bombaladı

Nigeriya hərbi hava qüvvələri Borno ştatında "Boko Haram" silahlılarının mövqelərini bombalayıb.

ANS PRESS-in məlumatına görə, hərbi rəhbərlik Baqa şəhərində keçirilən anti-terror əməliyyatlarının videogörüntülərini yayımlayıb.

Ölkə rəsmiləri əməliyyatların kifayət qədər uğurlu keçdiyini və şəhərin silahlılardan təmizləndiyini açıqlayıb. Rəsmilər Boko Haram zorakılıqlarından qaçaraq evlərini tərk edən insanların evlərinə qayıda biləcəyini qeyd ediblər.

Məlumata görə, əməliyyatların sahəsi daha genişləndiriləcək. Hökumət qüvvələri ölkənin şimalında silahlıları tamamilə zərərsizləşdirməyi planlaşdırır.

Silahlılar ştatın şimal-şərq regionunda bir neçə yerdə mülkilərə hücum ediblər. İkisi avtobus dayanacağı yaxınlığında olmaqda 3 ayrı yerdə törədilən partlayışlar nəticəsində azı 17 nəfər ölüb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.