“Barselona” ulduzu Lionel Messi 3-cü dəfə ata olub. 30 yaşlı futbolçu və 29 yaşlı xanımı Antonella Rokussonun bu dəfə də oğlu dünyaya gəlib. Messi İnstaqramda şəkil paylaşaraq bu barədə məlumat verib. O, xanımı və yeni doğulan oğlunun vəziyyətinin yaxşı olduğunu qeyd edib. Lionel hətta oğluna Çiro adı verdiyini bildirib.
Xatırladaq ki, Messi ilə Rokusso ötən il iyunun sonunda ailə qurublar. Cütlüyün 5 yaşlı Tyaqo, 2 yaşlı Mateo adlı oğulları var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.