banner
banner

İdman

"Sumqayıt"ın oyunlarını nə qədər azarkeş izləyib? – klubdan açıqlama

"Sumqayıt"ın oyunlarını nə qədər azarkeş izləyib?

Topaz Premyer Liqasında 2017/2018 mövsümünün arxada qalan 19 turu ərzində "Sumqayıt" komandasının 8 ev oyununu ümumilikdə 10 min 578 tamaşaçı tribunadan izləyib.
 Bu haqda klubun saytı məlumat yayıb. Gənclik şəhəri təmsilçisi bu görüşlərdə 5 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb. Ümumilikdə isə Samir Abasovun baş məşqçi olduğu kollektiv 9 qələbə, 4 heç-heçə və 6 məğlubiyyətə imza ataraq 31 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.

"Sumqayıt" klubu bütün azarkeşlərə komandanı tək buraxmadıqları üçün təşəkkür edir və martın 14-də "Kəpəz"lə keçirəcəkləri XX tur matçına onları dəvət edir. Görüş saat 20:00-da başlanacaq.

"Kapital Bank Arena"da keçirilmiş 8 oyun üçün azarkeş sayı aşağıdakı kimidir:


1. "Sumqayıt” FK – "Kəpəz” - 2:1 (1326 azarkeş) 
2. "Sumqayıt” FK – "Neftçi” - 1:0 (1500 azarkeş)
3. "Sumqayıt” FK – "Qəbələ”  0:1 (1300 azarkeş)
4. "Sumqayıt” FK – "Zirə” - 2:1 (1300 azarkeş)
5. "Sumqayıt” FK – "Keşlə” - 3:1 (1200 azarkeş)
6. "Sumqayıt” FK – "Səbail” - 0:0 (1326 azarkeş)
7. "Sumqayıt" FK – "Neftçi" - 2:0 (1300 azarkeş) 
8. "Sumqayıt" FK – "Qarabağ" - 1:0 (1326 azarkeş)
 
Qeyd edək ki, "Sumqayıt"ın əksər oyunlarında tribuna tam dolduğundan, azarkeşlər oyunları hasar arxasından ayaq üstə izləyirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.