İmmuniteti necə gücləndirmək olar? Həkimdən GÖZLƏNİLMƏZ CAVAB
Məşhur rus həkim, aparıcı, sağlamlıq haqqında çoxsaylı kitabların müəllifi Aleksandr Myasnikov Komsomolskaya Pravda-nın suallarını cavablandırıb.
Saglamolun.az KP-ya istinadla xəbər verir ki, digər mövzularla yanaşı immun sistemi, immuniteti gücləndirən vasitələr, immunitetin zəifləməsi kimi mövzular da müzakirə olunub. Jurnalistin "Doktor, immuniteti necə gücləndirmək olar?" sualına həkim gözlənilməz cavab verib: "Heç cür". Həkimin sözlərinə görə, immun sistemini hər hansı preparat, dərman və s. bu kimi vasitələrlə gücləndirmək mümkün deyil. Onun fikrinə görə, apteklərdə satılan və geniş reklam olunan immunopreparatlar immuniteti gücləndirə bilməz və bu yalnız pul tələsidir. Həkim qeyd edib ki, nə Avropa, nə də Amerikada belə preapartlar xəstələrə təyin olunmur.
Myasnikov izah edib ki, immun sistemi o dərəcədə mükəmməl və mürəkkəb sistemdir ki, onun "işinə" qarışmaq nəinki mənasızdır, hətta bəzən təhlükəlidir.
Həkimin sözlərinə görə, sağlam qidalanma, aktiv həyat tərzi, normal yuxu, streslərdən və pis vərdişlərdən uzaq olmaqla immuniteti daim yüksək səviyyədə saxlamaq mümkündür.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.