İtaliya klubunun 2 futbolçusu komandanın azarkeşləri tərəfindən döyülüb
Futbol üzrə İtaliya B Seriyasında çıxış edən "Askoli"nin qapıçısı Vinçentso Venditti və yarımmüdafiəçi Samuele Parlati komandanın azarkeşləri tərəfindən döyülüb.
"Report"un "Fotball İtalia"ya istinadən verdiyi məlumata görə, futbolçular 0:1 hesabı ilə uduzduqları "Venetsiya" ilə oyundan qayıtdıqları vaxt onların üzərinə 10 nəfərlik qrup hücum edib. Onların sifətləri "Askoli"nin şarflarına bürünmüş vəziyyətdə olub.
Döyülən oyunçulardan komandaya hədə dolu sözlər çatdırmalarını istəyiblər. Parlati indiyədək cəmi bir dəfə meydanda olub. Komandanın ikinci qapıçısı olan Venditti isə oyunlarda iştirak etməyib.
Qeyd edək ki, "Askoli" 30 turdan sonra 26 xalla sonuncu pillədə gedir.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb