Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Türkiyədə fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi “Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsinin icrasına başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, dərnəyin sədri Cəvahir Əhmədova bildirib ki, Türkiyə Baş Nazirliyinin Tanıtım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasında olan şəhid uşaqlarını və ailələrini görüşdümək, onları ölkələrimizin tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, eyni zamanda terrora qarşı Afrin əməliyyatında Türkiyə dövlətinə və ordusuna mənəvi dəstək olmaqdır. Bu məqsədlə Azərbaycanın şəhid övladlarından ibarət 38 nəfərlik qrup 2018-ci ilin mart ayının 15-dən 27-dək Türiyədə səfərdə olacaq. 12 gün ərzində şəhid övladları Ankarada Mustafa Kamal Atatürkün Mavzoleyini, Türkiyə Cümhur Başkanlığını, Türkiyə Böyük Millət Məclisini ziyarət edəcək, rəsmi şəxslərin qəbulunda olacaqlar.
Daha sonra uşaqların Bursaya və Eskişehirə səfəri planlaşdırılır. Uşaqlar bu şəhərlərdə tarixi yerləri gəzəcək, mədəniyyət abidələri ilə tanış olacaqlar. Şəhid övladlarının səfəri Afyonkarahisar, Kocatepe şəhidliyi, Çanakkaladan keçərək İzmirdə başa çatacaq. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin fəaliyyət göstərdiyi İzmirdə Türkiyədə olan şəhid uşaqları və ailələri ilə görüş, birlikdə tarixi və mədəni yerlərə gəzinti təşkil olunacaq. Səfər müddətində şəhid uşaqlarını 1 həkim, 2 tarixçi alim, 1 psixoloq və 6 nəfərdən ibarət nəzarətçi qrup müşayiət edəcək.
Qeyd edək ki, layihənin ikinci mərhələsində 2018-ci ilin sentyabr ayında Türkiyədən Azərbaycana 50 şəhid övladının səfəri nəzərdə tutulur. Layihənin Azərbaycan üzrə koordinatoru “Palitra” qəzetinin Fuad Hüseynzadədir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.