204 saylı sərnişin avtobusunda sərnişinlər nəinki qapıda sallanırlar, hətta pəncərədən sallanaraq gedənləri də görmək mümkündür.
CİA.Az Anspress-ə istinadən xəbər verir ki, həmin hadisəni əks etdirən foto və video yayılıb. Görüntülərdə də sərnişinlərin özlərini necə təhlükəyə atıdıqları görünür. Bununla bağlı isə sürücü heç bir addım atmır. Görünür onu sərnişinlərin təhlükəsizliyi yox, qazanc maraqlandırır.
Məsələ ilə əlaqədar avtobusun tabe olduğu “Fidan-Trans” MMC-nin rəhbəri Namiq Allahverdiyevin verdiyi məlumata görə, həmin hadisə barədə xəbərdardır. Artıq sürücü Elçin Hüseynov işdən çıxarılıb. “Düzdür sürücülərlə bacarmaq çox da asan deyil. Lakin mütəmadi yoxlamalar aparırıq. Çalışırıq ki, xidmətimiz qüsursuz olsun”, - deyə Namiq Allahverdiyev bildirib.
Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdiri Elçin Nəsirov da anspress-ə açıqlamasında sürücünün işdən çıxarılmasını təsdiqlədi. “Bu barədə məlumat verilən kimi dərhal avtobus sxlanıldı və cərimə meydançasına aparıldı. Sürücü isə işdən çıxarıldı. Onun işi bizim arxivə yazıldı. Daha həmin sürücü heç bir şirkətdə işləyə bilməyəcək”, - deyə Elçin Nəsirov bildirib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.