Britaniya alimləri aşkar ediblər ki, siqaret korluğun yaranmasına səbəb ola bilər. Federal Xəbərlər Agentliyinin məlumatına görə, statistikaya görə, siqaretçəkənlər bu zərərli vərdişdən asılı olmayan adamlarla müqayisədə görmə qabiliyyətini dörd dəfə çox itirirlər.
Tütün tüstüsündəki çoxsaylı kimyəvi komponentlər göz üçün təhlükə yaradır. Onlar gözdə bioloji dəyişikliyə mənfi təsir göstərir. Tədqiqata görə, siqaretçəkənlərdə katarakta tutulma üç dəfə, tireoid oftalmopatiya riski səkkiz dəfə yüksəkdir. Həmçinin, onlarda quru göz sindromunun yaranma ehtimalı çoxalır. Nikotin insanın rəng duyumuna da mənfi təsir göstərir. Gündə bir qutudan çox siqaretçəkən adamın yaşıl və qırmızı çalarları ayırd etməsində problem ola bilər. Tütün məmulatından imtina etdikdən sonra insanın görmə kanalının tam bərpası üçün ən azı on il vaxt lazım olur.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.