“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager “Sky Sports” telekanalından qovulub. Hadisəyə veteran futbolçunun etdiyi kobud hərəkət səbəb olub. Premyer Liqanın son turunda “Liverpul”un səfərdə “Mançester Yunayted”ə uduzmasını həzm edə bilməyən Karrager heyfini “qırmızı şeytanlar”ın fanatından çıxıb. O, öz avtomobillərində qələbəni bayram edən azarkeşlərə tüpürüb. Olayın üstü isə videokadrlara baxarkən açılıb. Nəticədə kanal rəhbərliyi orada şərhçi kimi çalışan Karrageri işdən azad edib. Qeyd edək ki, “Mançester Yunayted” – “Liverpul” matçı qonaqların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb