60 yaşlı aktrisa Şeron Stoun yeni sevgi münasibətinə başlayıb. O, özündən 19 yaş kiçik italiyalı iş adamı Andjelo Boffa ilə görüşür. 41 yaşlı Andjelo daşınmaz əmlak ticarəti ilə məşğul olur. Cütlük ilk dəfə ötən ilin dekabrında İsveçrədə işgüzar səfər zamanı tanış olub. Daha sonra bu ilin yanvarında onları Nyu-Yorkda öpüşərkən görüblər.
İtaliya mediası Şeron və Andjelonun "Sevgililər günü"nü Fransada otellərdən birində keçirdiyi və hətta onların gizlincə nişanlandığını da qeyd edib.
Xatırladaq ki, cütlük ötən həftə Mayamidə çimərliklərdən birində paparazzilərə tuş gəlib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.